Logo

İlahiyyat İnstitutunun tələbələri beynəlxalq müsabiqədə iştirak ediblər

30.09.2023 19:05 315 baxış
IMG

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Rusiya İslam İnstitutunun təşkilatçılığı ilə İslam təhsil müəssisələri tələbələrinin XVI Ümumrusiya Olimpiadası keçirilib. Həmin beynəlxalq tədbirə Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) münsif qismində – İslamşünaslıq kafedrasının müdiri dosent Əhməd Niyazov, iştirakçı qismində – IV kurs tələbəsi Peyman Xəlilov, III kurs tələbələri Rauf İbrahimxəlilov, Çərkəz Şahbazov və Zeynəb Xəlilli qatılıblar.

Bu barədə "Tehsil.biz"ə Aİİ-dən məlumat verilib.

Bildirilib ki, iştirakçılar İslam hüququ, əqaid və ərəb dili istiqamətləri üzrə sualları cavablandırıblar. İlahiyyat İnstitutunun tələbələri fəallığı ilə seçilib. Aİİ tələbəsi Zeynəb Xəlilli müsabiqədə uğurlu iştirakına görə mükafatlandırılıb.

Xəbər lenti