Logo

Notariat fəaliyyəti üçün şəhadətnamə almaq istəyənlər test imtahanı veriblər

01.10.2023 14:31 284 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) və Ədliyyə Nazirliyi sentyabrın 30-da notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün 135 namizəd qeydiyyatdan keçib.

9 namizəd imtahana gəlməyib. 48 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Xəbər lenti