Logo

Britaniyada qalmaqal: Müsəlmanlar məktəbi mühasirəyə aldılar

27.03.2021 11:06 909 baxış
IMG

Böyük Britaniyanın Qərbi Yorkşir qraflığının Betli şəhərində orta məktəb müəlliminin şagirdlərə Məhəmməd Peyğəmbərin karikaturasını göstərməsi müsəlmanların etirazına səbəb olub.

 

AZƏRTAC xəbər verir ki, Britaniya mətbuatı bu hadisəni işıqlandırdıqdan sonra qraflığın digər şəhərlərində də kütləvi aksiyalar keçirilib.

 

Aksiyada iştirak edən müsəlmanlar islamofobiyaya və inanclı insanların heysiyyətinə toxunmağa son qoymağı tələb ediblər. Valideynlərdən biri “Sky news” kanalına verdiyi müsahibəsində bildirib ki, müəllim Fransada dərc olunan “Charli Hebdo” jurnalından dərs vəsaiti kimi istifadə edərək, nəşrdə İslam peyğəmbərinin karikaturasını şagirdlərə göstərib.

 

Məktəbin rəhbərliyi etirazçılardan üzr istəyərək karikaturanı nümayiş etdirən müəllimin işdən azad olunduğunu açıqlayıb və gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirib.

Xəbər lenti