Logo

Masallıda “Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib

02.10.2023 10:00 112 baxış
IMG

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib.

Tehsil.biz xəbər verir ki, tarix dərsi nəzəri və praktik hissədən ibarət olub. Tədbirdə Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Muzeyin əməkdaşları Əntiqə Tağıyeva və Nazənin Heydərzadə “Zəfər tarixi” haqqında şagirdlərə geniş məlumat verib.

Sonra şagirdlərlə mövzu ətrafında müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Yekunda şagirlərin muzeyə ekskursiyası təşkil olunub.

Xəbər lenti