Oktyabrın 15-dən Elm və Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə işə yeni qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramına start verilir.
Tehsil.biz xəbər verir ki, adaptasiya proqramının məqsədi işə yeni başlayan müəllimlərin iş mühiti və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdır.
Proqramın müddəti 2 ay nəzərdə tutulub və 2 mərhələdən ibarət olacaq.
Birinci mərhələdə “MS Teams” platforması vasitəsilə 9 təlimin keçirilməsi nəzərdə tutulub. Yerli təhsili idarəetmə orqanlarının nümayəndələri və təlimçilər tərəfindən keçiləcək təlimlərə “Öyrədici mühitin yaradılması”, “Məktəbdaxili qiymətləndirmə”, “Məktəbdaxili sənədləşmə işi”, “Müəllimin pedaqoji qabiliyyətləri”, “İnsanlar necə öyrənirlər?”, “Dərs prosesinin təkmilləşdirilməsi”, “Şagirdlərin tanınması və şəxsiyyətin müəyyən olunması” kimi mövzular daxildir.
İkinci mərhələdə agma.az paltformasında 10-12 kursun 1 ay ərzində onlayn olaraq tamamlanması planlaşdırılır.
İştirak üçün son qeydiyyat tarixi 10 oktyabr nəzərdə tutulub.
Adaptasiya proqramında iştirak üçün linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/KyvzGw3VaxNXCiQK6