Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə sentyabr ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ərzində ümumilikdə 9767 müraciət daxil olub.
Müraciətlərin 416-sı feysbuk, 7911-i Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 538, sayt üzərindən isə 618 müraciət daxil olub. 284 vətəndaş isə qəbulda iştirak edib.