Logo

Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibləri elan olunub

02.10.2023 14:09 115 baxış
IMG

Bu gün İsveçdə Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi elan olunub.

Tehsil.biz xəbər verir ki, Fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən elan edilib.

Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatına macar alim Katalin Kariko və amerikalı Drew Weissman layiq görülüb. Onlar bu mükafata COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid bazasının modifikasiyası ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Xəbər lenti