Logo

BDU-nun Tələbə Gənclər Təşkilatının üzvləri təltif ediliblər - FOTO

03.10.2023 00:08 240 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər İttifaqının təşkilatçılığı ilə “Şuşa tələbələrin gözü ilə” adlı layihə çərçivəsində fərqlənən gənclər təltif ediliblər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının üzvləri Ələkbər Bafadarov, Nahid Xəlilov və Nigar Rəhimli Şuşa şəhərinə səfər zamanı yaranan təəssüratlarla bağlı “Ən yaxşı hal araşdırması”, “Ən yaxşı məqalə” və “Ən yaxşı müraciət məktubu” nominasiyaları üzrə təltif ediliblər.

Xəbər lenti