Logo

ABŞ-nin Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib - FOTO

03.10.2023 09:22 202 baxış
IMG

ABŞ-nin Puerto-Riko Dövlət Universitetinin Tibb fakültəsinin professoru, Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü Səbzəli Cavadov Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin əməkdaşları, magistrant, tələbə və doktorantlarına “Ürəkdə ferroptotik hüceyrə ölümünün mexanizmləri: mitoxondrinin rolu” mövzusunda elmi seminar keçirib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Professor S.Cavadov təqdimatında insan xəstəliklərində hüceyrə ölümünün əsas mexanizmləri, xüsusən də miokard infarktı və ürəyin işemiya-reperfuziyon zədələnmələri haqqında geniş məlumat verib. O, çıxışında dəmir növündən asılı olaraq yeni müəyyən edilmiş hüceyrə ölümünə səbəb olan ferroptozun molekulyar və hüceyrə mexanizmlərini izah edib. Eyni zamanda, hüceyrədə enerji istehsalında mərkəzi rol oynayan mitoxondrinin ferroptozda rolu və prosesin mexanizmləri barədə danışıb.

Professor S.Cavadov rəhbərlik etdiyi işçi qrupun ABŞ-ın Pitsburq Universiteti, Miçiqan Dövlət Universiteti və Pensilvaniya Dövlət Universitetinin alimləri ilə birgə apardığı tədqiqatların nəticələrini auditoriyaya təqdim edib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti