Logo

İnformasiya Texnologiyaları İnstitutu əməkdaşının süni intellektlə bağlı məruzəsi dinlənilib

03.10.2023 11:02 268 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sünbül Zalova “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Raspoznavaniye -2023) XVII beynəlxalq elmi-texniki konfransında “Süni intellektə əsaslanan çat-botlar informasiya mənbəyi kimi” mövzusunda məruzə ilə çıxış edib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Məruzəni təqdim edən S.Zalova informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar olaraq yaranan çat-botlar haqqında məlumat verib. O, tədqiqat işində müəyyən qaydalara və süni intellektə əsaslanan çat-botların jurnalistikada rolunun müəyyənləşdirildiyini, çat-bot texnologiyalarının genişlənməsi və səmərəliliyinin artırılması üçün mövcud yanaşmaların öyrənildiyini diqqətə çatdırıb. Süni intellekt əsaslı “ChatGPT” çat-botunu analoqlarından fərqləndirən cəhətlərdən söz açıb, ondan istifadə zamanı yaranan poblemlərin müəyyən olunduğunu bildirib.

Gənc tədqiqatçı müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafının bütün elm sahələrində olduğu kimi, jurnalistikada da yeni istiqamətlərin yaranmasına təkan verdiyini söyləyib. O, yeni mediada innovativ texnologiyaların tətbiqinin müvafiq sahədə nəzərəçarpacaq dəyişikliklərə səbəb olmasından bəhs edib.

Xəbər lenti