Logo

BŞTİ-yə ötən ay 27 min 990 müraciət daxil olub

03.10.2023 13:22 223 baxış
IMG

Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 27 min 990 müraciət daxil olub.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 17 min 288 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 074 müraciət daxil olub.

BŞTİ-yə 4 581 sənəd (vətəndaşlar tərəfindən 1 910 ərizə, Elm və Təhsil Nazirliyindən 554, digər qurumlardan 231, tabelikdə olan təhsil müəssisələrindən 1 288 məktub və 598 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 047 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə, məktəbəhazırlıq qruplarına və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, yerdəyişmə, işə qəbul və digər məsələləri əhatə edir.

Xəbər lenti