Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi tədqiqatçı Nərgiz Hacıyeva Rumıniyanın Aqora Oredea Universitetinin və Sloveniya Biznes Məktəbinin beynəlxalq elmi nəşri olan “Agora” beynəlxalq hüquq elmləri jurnalının (AIJJS) redaksiya heyətinin üzvü seçilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
AIJJS siyasi elmlər, ictimai hüquq, hüquq və təhsil, beynəlxalq hüquq, Avropa hüququ, ictimai idarəçilik kimi bir sıra elmi sahələrini əhatə edir. “Agora” beynəlxalq hüquq elmləri jurnalı İtaliyanın Akademik və Tədqiqat Sisteminin Qiymətləndirilməsi üzrə Milli Agentliyi tərəfindən tanınır və bir sıra databazalarda indekslənir.