Logo

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin NƏZƏRİNƏ

03.10.2023 18:29 294 baxış
IMG

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr üzrə oktyabrın 8-də keçiriləcək test imtahanında iştirak edəcək namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xəbər lenti