Logo

DİM “Abituriyent” jurnalının xüsusi buraxılışını təqdim edib

04.10.2023 10:10 287 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini dərc edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Xəbər lenti