Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) Təlim və tədqiqat xidmətləri şöbəsinin müdiri Lamiyə Miryaqubova “Könüllü qrupları” layihəsi çərçivəsində 4 saylı Bakı Dost Mərkəzində seminar keçib.
Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.
“Biblioterapiya – oxucu psixologiyası” mövzusunda təşkil olunan seminarda biblioterapiyanın tarixi, inkişaf yolu, əlyetərli kitab bazaları, oxucu və yazarlar üçün ödənişsiz platformalar haqqında ətraflı məlumat verilib.
Seminarın sonunda iştirakçıların sulları cavablandırılıb.