Logo

ADNSU-da Warwick Universiteti ilə magistratura səviyyəsində dərslərə start verilib - FOTO

04.10.2023 14:00 264 baxış
IMG

Oktyabrın 2-də Warwick Universiteti, Warwick Manufacturing Group (WMG) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında "Bərpa olunan Enerji Mənbələri" üzrə İkili Diplom Proqramı üzrə magistratura səviyyəsində dərslərə start verilib. 

Tehsil.biz xəbər verir ki, ADNSU-nun dosenti Orxan Kərimzadə tərəfindən keçilən ilk dərsdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirak edib. O, proqramın ölkəmiz və universitet üçün əhəmiyyətindən danışıb, həmçinin proqramın daim diqqətdə saxlanılacağını qeyd edib. Tələbələrə təhsil həyatlarında uğurlar arzu edib. 

ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, proqram üzrə məsul şəxs Rafiq Əliyev proqramın həyata keçirilməsinin vacibliyini qeyd edib və tələbələrə akademik səfərlərində ən xoş arzularını çatdırıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılıb. Məqsəd tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti sayəsində tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir. Layihə çərçivəsində Vorvik Universitetinə 31 nəfər qəbul olunub.

Xəbər lenti