Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin tələbə təşkilatlarının üzvləri həmin fakültənin şəhid məzunu Manaf Bəhmənlinin məzarını ziyarət ediblər.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Tələbələr şəhid məzunun xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Çıxış edən tələbələr Manaf Bəhmənlinin universitetdə oxuduğu illərdə hər zaman ictimai fəallığı ilə seçildiyini, 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı naminə düşmənə qarşı fədakarlıqla döyüşdüyünü, sentyabrın 27-də şəhidlik zirvəsinə ucaldığını bildiriblər.
Vurğulanıb ki, şəhid məzun Manaf Bəhmənlinin xatirəsi ürəklərdə daim yaşayacaq.