Logo

Alimlərdən maskaların sağlamlığa təsiri haqqında elmi araşdırmalar

27.03.2021 15:11 670 baxış
IMG

Koronavirusdan qorunmaq üçün tibbi maskalardan istifadə edənlər çox olsa da, filtrlilərinə də üstünlük verənlər az deyil. Alimlər bu tip maskaların sağlamlığa təsiri haqqında elmi araşdırmalar aparıblar.

 

Tehsil.biz Lent.az-a istinadən bildirir ki, belə növ maskalar, sadəcə ondan istifadə edən şəxsi qoruyur. Ətraf mühitdən daxil olan bakteriyaları, virusları və zərərli kimyəvi maddələri filtirindən keçirib, təmizləyir.

 

Lakin ətraf mühitdəki insanların sağlamlığı baxımından böyük təhlükə mənbəyidir. Belə ki, həmin maskadan istifadə edən şəxs orqanizmindəki virus və bakteriyaları nəfəs yolu vasitəsilə ətrafa yayır. Bu da virusa yoluxan insanın maska taxsa belə digər insanları yoluxdurma riskini artırır.

 

Ona görə mütəxəssislər belə maskaları xüsusi ilə qapalı məkanlarda istifadə edən şəxslərə ikinci bir tibbi maska da taxmağı tövsiyyə edir.

Xəbər lenti