Mərkəzi Elmi Kitabxananın “İnformasiya bülleteni”nin ikinci nömrəsi çapdan çıxıb.
MEK-dən "Tehsil.biz"ə bildirilib ki, bülletenin bu nömrəsində “Heydər Əliyevə həsr olunmuş biblioqrafik mənbələr”, “Heydər Əliyevin hakimiyyəti illərində Mərkəzi Elmi Kitabxana” adlı məqalələr, Ümummilli Liderin həyat və fəaliyyətini özündə əks etdirən çoxsaylı kitablar, biblioqrafik məlumatlar yer alıb.
MEK-də keçirilən tədbirlər də “İnformasiya bülleteni”nə əlavə olunub.
Xatırladaq ki, “İnformasiya bülleteni” AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2023-cü ildən nəşrə başlayıb və ildə 4 sayı nəzərdə tutulur.