Logo

Qlobal İnnovasiya İndeksində UNEC ölkənin innovasiyanı ən yaxşı tətbiq edən universitetidir

04.10.2023 21:25 400 baxış
IMG

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Cenevrə Baş ofisinin 2023 Qlobal İnnovasiya İndeksinin Azərbaycanla bağlı hesabatında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkədə innovasiyanı ən yaxşı tətbiq edən universitet (TOP Performers in Innovation) kimi qeydə alınıb.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Qlobal İnnovasiya İndeksi (GII) dünya iqtisadiyyatlarını innovasiya imkanlarına görə sıralayır. Cenevrə hesabatında əsas etibarilə, Azərbaycanda innovasiya mühiti, biznes-universitet əməkdaşlığı, sahibkarlıq fəaliyyəti haqqında məlumatlar yer alıb. Azərbaycanla bağlı hesabatda ölkədə innovasiyanı yüksək və uğurlu şəkildə tətbiq edən iki universitet (UNEC və Bakı Dövlət Universiteti) qeydə alınıb.

ÜƏMT UNEC-in fəaliyyətində QS reytinqin göstəricilərinə istinad edib.

Xəbər lenti