Logo

Bakıda gənc alim və tələbələrin IX beynəlxalq elmi konfransı keçiriləcək

06.10.2023 16:54 287 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə oktyabrın 10-dan 13-dək “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda gənc alim və tələbələrin IX ənənəvi beynəlxalq elmi konfransı keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfransda 10-dan artıq ölkədən nümayəndələr iştirak edəcəklər. Tədbirdə xarici ölkə alimləri ustad dərsləri keçəcəklər.

Oktyabrın 10-11-də müxtəlif bölmələr üzrə elmi müzakirələr aparılacaq. Növbəti gün poster müzakirələr, konfransın nəticələrinin müzakirəsi və sertifikatların verilməsi mərasimi keçiriləcək. Konfransın sonuncu günü isə tədqiqatlarda iştirak, geoloji obyektlərə ekskursiya təşkil olunacaq.

Xəbər lenti