Logo

BDU Türkiyənin Ordu Universiteti ilə əməkdaşlıq edəcək

06.10.2023 21:22 430 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Ordu Universiteti arasında əməkdaşlıq əlaqələrinin yaradılması barədə razılıq əldə edilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı, gənclər siyasəti və sosial məsələlər üzrə müşaviri Xumar Məmmədbağırova, rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova Ordu Universitetində olublar.

Universitetdə keçirilən görüş zamanı tərəflər əməkdaşlıq potensialının yüksəldilməsi məqsədilə magistratura və doktoranturada ikili diplom proqramlarının yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.

Yaxın zamanlarda iki universitet arasında birgə layihələrin həyata keçirilməsinə dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Xəbər lenti