Logo

İcmamız Almaniya mətbuatının qərəzli münasibətini almaniyalı deputatlarla müzakirə edib - FOTO

07.10.2023 10:29 278 baxış
IMG

Hamburq şəhərində yaşayan Azərbaycan icmasının Almaniya Bundestaqının millət vəkili Metin Hakverdi və Hamburq əyaləti üzrə millət vəkili Ali Şimşek ilə görüşü keçirilib.

Disporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz" bildirilib ki, Alman-Azərbaycan Dostluq Körpüsünün təşkilatçılığı ilə baş tutan görüşdə müstəqil Azərbaycan dövlətinin Ermənistanın hərbi təxribatlarına və mina terroruna cavab olaraq Qarabağ bölgəsində beynəlxalq hüquqa söykənən antiterror tədbirlərini keçirməsi və öz suverenliyini Qarabağ üzərində tam bərpa etməsi ilə əlaqədar olaraq Almaniya mətbu orqanlarının birtərəfli, qərəzli mövqe nümayiş etdirdiklərinə xüsusi diqqət cəlb edilib. Almaniya mətbuatında fikir plüralizminə zidd halın aradan qaldırılması yolları müzakirə edilib.

Görüş millət vəkillərinin Azərbaycan icması üzvlərinin suallarını cavablandırması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Xəbər lenti