Logo

Azərbaycanda həsirçilik sənəti, onun türk xalqları ilə bağlılığı araşdırılıb

07.10.2023 12:26 352 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, elmi işçi Fəridə Xəlilovanın “Azərbaycanda həsirçilik sənəti və onun inkişafında qadının rolu” (The art of wicker and the role of women in its development in Azerbaijan) məqaləsində Azərbaycanda həsirçilik sənəti, onun türk xalqları ilə bağlılığı araşdırılıb, etimoloji təhlillər aparılıb.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Bildirilib ki, tədqiqat zamanı muzeyin Etnoqrafiya fondunda qorunan bir sıra həsir məmulatının təyinatı öyrənilib.

Məqalə Ulakbim, TR Dizin, ERIH PLUS, Crossref, CEEOL, Index Copernicus, SOBİAD və digər bazalarda indekslənən “Vakanüvis- Uluslararası Tarih Araştırmaları” jurnalında dərc edilib.

Xəbər lenti