Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov ABŞ-ın Puerto-Riko Universitetinin professoru Səbzəli Cavadovla görüşüb.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, görüşdə elmi tədqiqatların təşkili, keyfiyyətin artırılması, magistratura və doktoranturaya bacarıqlı gənclərin cəlb edilməsində xarici təcrübə, elmin maliyyələşdirilməsinə qrantların cəlb edilməsi yolları və s. məsələlər müzakirə edilib.