Əsas məqsədi kənd məktəbinin şagirdlərində robototexnika və mühəndislik sahələrinə aid bilik və bacarıqların formalaşdırılması olan "TechnoMan" layihəsinin əhatə dairəsini genişləndirmək üçün qonşu kənd məktəblərinin 6,7 və 8-ci sinif şagirdləri ilə görüşlər keçirilib.
Tehsil.biz xəbər verir ki, layihə rəhbəri Zeynəb Məmmədli Salyan rayonu Kərimbəyli kənd tam orta məktəbi ilə yanaşı, Qarabağlı kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdlərinə də layihənin hər üç modulu haqqında ətraflı məlumat verərək, layihədə iştirak etməyə dəvət edib.
Qeyd edək ki, layihədə iştirak üçün müraciət edən şagird sayının çoxluğunu nəzərə alaraq, riyazi-məntiqi test tapşırıqları ilə şagirdlərin məntiqi təfəkkürü və praktik olaraq İKT bacarıqları yoxlanılacaq, ən yüksək nəticə göstərən 30 şagird layihəyə cəlb olunacaqdır.