Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları - baş elmi işçi Yeganə Mahmudova, aparıcı elmi işçi Reyhan İbrahimova, böyük elmi işçilər Elnurə Aslanova, Aynurə Namazova, elmi işçilər Nərmin Əsgərova, Suman Məmmədhəsənova, Gülnarə Hüseynova, kiçik elmi işçilər Təranə Budaqova, Aynur Hacıağayeva Ağsu, İmişli, Sabirabad rayonlarında ekspediyada olub.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, ekspediya zamanı şəxsi fermer təsərrüfatlarından iribuynuzlu və xırdabuynuzlu heyvanlardan,həmçinin ətyeyən heyvanlardan müxtəlif üsullarla helmintoloji materiallar toplanılıb. Materiallar müxtəlif məhlullarda fiksə edilərək laboratoriyaya gətirilib.
Qeyd edək ki, helmintoloji materialların işlənilməsi laboratoriyada davam etdirilir.