Logo

“Space TV”yə xəbərdarlıq edilib

09.10.2023 13:42 291 baxış
IMG

Oktyabrın 9-da Audiovizual Şuranın onlayn formatda iclası keçirilib. 

Bu barədə "Tehsil.biz"ə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.

“Space TV”nin efirində oktyabrın 4-də “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12:19-da) proqramın aparıcısı hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədib ki, bununla da, "Media haqqında" qanunun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.

Audiovizual Şura müzakirələrdən sonra “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti