Logo

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin xatirəsinə həsr olunmuş Hüquq olimpiadası keçirilir

09.10.2023 14:16 309 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Heydər Əliyev İli” çərçivəsində fakültənin Tələbə Gənclər Təşkilatı tərəfindən şəhid məzun Ceyhun Şalıyevin xatirəsinə həsr olunmuş Hüquq olimpiadası keçirilir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Olimpiadanın I mərhələsində iştirakçılara hər fəndən 5 sual olmaqla (Hüquq nəzəriyyəsi, Konstitusiya hüququ, İnzibati hüquq, Mülki hüquq, Cinayət hüququ) ümumilikdə 25 sual təqdim edilib. I mərhələni yüksək bal ilə başa vuran tələbələr II mərhələ üçün vəsiqə qazanacaqlar.

Olimpiadanın nəticələri yaxın günlərdə elan olunacaq.

Xəbər lenti