Logo

BDU-da nanokompozitlərin alınması, tədqiqi və tətbiqi üzrə tədqiqatlar davam edir

09.10.2023 15:04 335 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Lalə Qəhrəmanlı, Qönçə Eyvazova, Məhəmməd Bağır Bağırov, Sevinc Məmmədyarova və Günel Əliyevanın həmmüəllifi olduqları “GO/PVS nanokompozitlərində GO konsentrasiyasının dəyişməsi və termik işləmənin onların struktur, elektrik və optik xassələrinə təsirinin tədqiqi” adlı məqalədə GO/PVS-in müxtəlif konsentrasiyalarında əldə olunan nanokompozit materialların quruluşu, fiziki-kimyəvi xassələri və termik davamlılığı araşdırılıb və onların müqayisəli təhlili aparılıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, məqalə SCOPUS və “Web of Science” bazalarında indekslənən (WoS IF: 2.2) “ChemEngineering” jurnalında dərc olunub.

Xəbər lenti