Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq layihələr və qrantlar şöbəsinin mütəxəssisi Ülkər Abdullayeva, Türkiyənin MEF Universitetinin Təhsil fakültəsinin dekanı professor Mustafa Özcan, Ankara valisinin köməkçisi Ayhan Özkan, Şimali Kipr Türk Respublikasının Ankaradakı Səfirliyinin təhsil və mədəniyyət attaşesi Ahmet Arslan və Türkiyə EYUDER Təhsil Dərnəyinin Azərbaycan təmsilçisi Gülnurə Babaşova iştirak ediblər.
Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Qonaqlar ADPU-nun inzibati binası ilə tanış olublar.

