Logo

Rumıniya universitetinin professoru AzTU-nun qonağı olub

09.10.2023 19:22 389 baxış
IMG

Rumıniyanın Cluj-Napoca Texniki Universitetinin professoru Adrian Pisla ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.

Görüşdə Cluj-Napoca Texniki Universiteti ilə AzTU arasında tədris və tədqiqat sahəsində cari əməkdaşlığın vəziyyəti müzakirə edilib. Həmçinin gələcəkdə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, o cümlədən Rumıniya və Azərbaycanın tərəfdaş olduğu beynəlxalq layihələrin icrasına hər iki universitetin töhfəsi barədə fikir mübadiləsi aparılıb.  

Xəbər lenti