Logo

Uşağınız qayğıkeşdirsə, siz pis valideynsiniz?

27.03.2021 18:10 615 baxış
IMG

Azərbaycanda uşaqların ev işləri görməsi, bəzən özlərindən kiçik bacı-qardaşlarının qayğısına qalmağa məcbur edilməsi və belə hallara görə də, yaşından erkən böyüməsi və ev işləri, qayğı, valideynlik kimi işləri yaxşı bacarması halları az deyil. İlk baxışdan yaxşı bir şey kimi görünə bilər, axı insanın erkən böyüməsi və qayğıkeş olması niyə pis qəbul edilsin ki? Amma, maraqlıdır ki, psixologiya elmi bu halı anormal hesab edir. Rus psoxoloq Polina Qaverdovskaya uşaqların iş və qayğıya alışdırılması prosesinin – parentifikasiyanın, nəticədə insanın özünə, öz ağrılarına, tələbatlarına həssaslığının azalması ilə nəticələndiyini iddia edir.

 

P. Qaverdovskayanın parentifikasiya problemi ilə bağlı yazısını psixoloqun öz razılığı ilə dilimizə tərcümə edərək, sizinlə bölüşürük.

 

Uşağın boynuna qayğı yükü qoymaq – Parentifikasiya

 

Parentifikasiya ingilis sözü olan “parent” yəni “valideyn” sözündən gəlir. Parentifikasiya isə uşağın boynuna valideynlik yükü qoymaqdır. Bu bir az ümimiləşdirilmiş termindir, yük məhz valideynlik yükü olmaya da bilər, amma nəticədə uşağın valideynə, ya da başqalarına problem yaratmamasına gətirib çıxarmaqdır – yəni uşaq uşaq olmaqdan çıxır, valideyn ya qəyyum üçün problem yaratmaqdan çıxır, bəzən isə başqa uşaqların da qayğısı ona yüklənir.
Bu məsələdə işin ən absurd tərəfi budur ki, “problem olmamağa” məcbur edilən uşaq, özünün doğrudan da, kimin üçünsə problem olduğunu hiss edir. Çünki uşağın ən xırda tələbatları əmələ gələn kimi, ya da nədənsə narazı olan kimi (məsələn, o balaca qardaşının arabasını yelləmək əvəzinə, yaşıdları ilə futbol oynamaq istəyir) – ona deyirlər: “Görmürsən ki, mənə necə çətindir?! Axı mən bütün günü sənin qardaşına baxmalı oluram! Görmürsən, o hələ balacadır, ağzından axan suyu özü silə bilmir! Yellə onun arabasını, özünü yaxşı apar! Mənə problem yaratma!” Bəzən detallar fərqli ola bilər, amma ssenari həmişə eynidir.


Alkoqolizmdən əziyyət çəkən valideynlərin uşaqları üçün daha çətin olur, onlar daima valideynə göz-qulaq olmalıdır, öz üzərlərində xeyli məsuliyyət hiss edirlər, daima qorxu içində yaşayırlar, çox narahat olurlar ki, özləri əlavə problem yaratmasın, çünki ailədə onsuz da problemli adam var.

 

Parentifikasiya geniş məvhumdur. Çünki bu halda uşaq elə bir pozisiyada olur ki, əslində orda olmamalıdı. Onda elə funksiyalar yaranır ki, o funksiyalar uşaqda olmamalıdır. Bununla da o, elə şeylərə erkən alışır ki, əslində alışmamalıdır. Məsələn, özünün uşaq tələbatlarını tez unudur, çünki o tələbləri edə biləcəyi adam və ya adamların yanında olmur. Və bu tələbatlar erkəndən unudulur.
Bir də deyirlər ki, parentifikasiya utanc və qarşılıqlı asılılıqla bağlıdır. Bəzi araşdırmalar göstərir ki, parentifikasiya təcrübəsi yaşamış insanların şəxsi hekayələrində qarşılıqlı asılılıq halları çox olub. Başqa bir maraqlı mexanizm “desensitizasiya” belə davranışın formlaşmasını şərtləndirir: “Mən problem olmamaq üçün çox şey tələb etməməliyəm. Bu tələbatları hiss etməməliyəm. Çünki bu tələbləri gedib atama ya anama deməliyəm, onların isə onsuz da qayğıları çoxdur, bir də mən yük olmayım. Onlar mənə deyəcəklər ki, vicdanın olsun!.

 

Utancla əlaqəni xatırladınızmı? Valideyn deyəcək «Vicdanın olsun! Görmürsən, onsuz da problemim çoxdur». Desentisizasiya burda çox faydalıdır.

 

Belə adamlar bu prosesi çox tez, çox erkən və böyük uğurla inkişaf etdirir. Amma siz bunu onların hekayələrindən anlamazsınız. Çünki onlar bunu danışmazlar. Sadəcə uyqun bir vaxtda, onlar bunu büruzə verəcəklər, məsələn, xəstə olduğunuzu eşidəndə, deyəcəklər ki, bəlkə sənə dərman gətirim, soyuqdəymən çıxsın? Siz həkimsinizsə, bu mexanizmi müalicə sırasında hiss edəcəksiniz. Sizin “Bunu mənə danışanda nə hiss edirsiniz?” sualınıza onlar “Problem deyil, hər şey qaydasındadır” deyə cavab verəcəklər. Hətta ən qorxulu xatirələrini danışanda, ona desəniz ki, bu sözləri sizi dəhşətə salır, bəs özü nə hiss edir, onlar hər şeyin qaydasında olduğunu deyəcəklər.

Xəbər lenti