Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) Yeni Klub və İnnovasiya və karyera şöbəsinin təşkilatçılığı ilə "AIESEC Azərbaycan" AƏSMA-da beynəlxalq staj keçmə proqramı haqqında tələbələrlə görüş keçirib.
Tehsil.biz xəbər verir ki, görüşdə AIESEC mübadilə proqramları haqqında danışılıb.
"AIESEC Global Mübadilə" proqramına qəbul olmuş tələbələr və yenicə məzun olmuş gənclər isə AIESEC-in yerləşdiyi 110 ölkədə müxtəlif sahələr üzrə şirkətlərdə staj keçə bilərlər. Bu şirkətlər həmin ölkələrdə yeni yaranmış kiçik şirkətdən tutmuş, dünyanın nəhəng şirkətlərindən biri də ola bilər.
AIESEC üzvləri təşkilatda aktiv iştirak etməklə gələcək həyat və karyeralarına böyük təsir göstərə biləcək dəyərli təcrübə əldə edəcəklər. Üzvlüyə qəbul olmuş insanlar AIESEC-də öz liderlik qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, dünyanın istənilən nöqtəsindən dostlar əldə edəcəkləri, fərqli mədəniyyətlərlə tanış olacaq və baxış imkanlarını genişləndirəcəkləri barəsində ətraflı məlumat verdilər.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.








