Logo

UNEC-in daha 3 tədqiqatçısı “Dünyanın ən nüfuzlu elm adamları” siyahısında yer alıb

10.10.2023 11:16 331 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tədqiqat mərkəzlərinin daha üç tədqiqatçısı Amerikanın Stanford Universitetinin hazırladığı “Dünyanın ən nüfuzlu elm adamları” reytinq sıralamasında yer alıb.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, dünya elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda UNEC Kompozit Materiallar Elmi-tədqiqat Mərkəzindən professor Abdulla Sofiyev, UNEC Avropa İqtisadiyyatı Mərkəzindən dosent Elxan Riçard Sadik-Zada, UNEC Beynəlxalq Nanotexnologiya və Biokimyəvi Toksikologiya Tədqiqat və Təhsil Mərkəzinin tədqiqatçısı dosent Aziz Eftexari də yer alıblar.

Qeyd edək ki, Stanford Universitetinin reytinqləri “Elsevier”in “Scopus” verilənlər bazasına əsaslanır.

Xəbər lenti