Logo

UNEC ilə Almaniyanın Boxum Universiteti arasında əməkdaşlıq uğurla davam edir

10.10.2023 19:50 352 baxış
IMG

Almaniyanın KSI Boxum Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəllimlərinin innovativ təhsil metodları üzrə hazırlanmasına fəal dəstək verir.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, bu istiqamətdə “Xarici dillərin metodik tədrisinin təşkili” adlı hibrid təlim keçirilib. Təlimi KSI Boxum GmbH-nin dosenti Rasim Sadıxov aparıb və seminar təşkilatçılar, həmçinin iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təlim həm onlayn, həm də ənənəvi formatlarda tədris olunan interaktiv metodların inkişafına və qeyri-eksklüziv elmlərin səmərəli təşkilinə yönəldilib. Bu təşəbbüs müasir tədris metodlarının istifadəsini genişləndirməyi və interaktiv onlayn tədrisi təşviq edir.

Xəbər lenti