Logo

Bitkilərlə insanlar arasında ünsiyyət saxlamaq mümkündür - Elmi araşdırma

28.03.2021 11:15 106 baxış
IMG

Sinqapurdakı Nanyang Texnologiya Universitetindən bir qrup tədqiqatçı bitkilərlə yayılan elektrik siqnallarının insanlarla ünsiyyət qurmağa kömək edəcəyini araşdırıb.

 

Tehsil.biz techland.az-a istinadən bildirir ki, hər bitkinin ətrafdakı hadisələrə beyin kimi bir elektrik siqnalı göndərərək reaksiya verdiyini bildirən tədqiqatçılar yarpaqların arasına keçirici material qoyaraq smartfon vasitəsilə əlaqə qurublar.

 

Tədqiqat çərçivəsində Venera flytrap üzərində bir təcrübə aparılıb. 3 millimetr qalınlığında bir elektrod (elektrik siqnallarını ötürən material) "termogel" adı verilən yapışqan köməyi ilə bitkinin yarpaqlarına yerləşdirilib.

 

Tədqiqat aparan mütəxəssislər bitkinin "insanlar tərəfindən elektriklə idarə oluna bilən bir robot" kimi davrandıqlarını bildiriblər.

Xəbər lenti