Logo

AzMİU-da əməkhaqları artırılıb

11.10.2023 18:00 454 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əməkhaqlarının məbləği artırılıb.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, bununla bağlı rektor Gülçöhrə Məmmədova tərəfindən irəli sürülən təklif Elmi şurada müzakirə edilib və səsvermə ilə qəbul olunub.

Qərara əsasən, universitetin professor-müəllim və inzibati idarəetmə heyətinin əməkhaqqısı 20 faiz, tədris-köməkçi və xidmətedici heyətin əməkhaqqısı isə 15 faiz artırılıb. AzMİU-da vergi tutulmalarından sonra ən aşağı əməkhaqqı 521 AZN təşkil edəcək. Universitetdə professorun əməkhaqqı vergi tutulmalarından sonra 1696 AZN, dosentin əməkhaqqı isə 1404 AZN təşkil edəcək.

Xəbər lenti