Logo

Dilçilik İnstitutunda “Xəzər türkləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

12.10.2023 10:58 268 baxış
IMG

2023-cü ilin dekabrın 8-9-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Xəzər türkləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Konfransa aşağıdakı bölmələr üzrə məqalələr qəbul olunur.

- Tarixşünaslıqda və türkologiyada Xəzər türklərinin yeri və rolu;

- Xəzər türklərini öyrənən tədqiqatlar və tədqiqatçılar;

- Xəzərlər ən qədim türk etnosu kimi;

- Xəzərlər sabir türklərinin varisi kimi;

-Xəzər və Yəhudi əlaqələri;

- Xəzər dili “ölü” türk dillərindən biri kimi;

- Xəzər tayfa dilləri arasında tarixi-mədəni əlaqələr;

- Xəzər dillərinin ayrılmasından sonrakı tarixi-mədəni əlaqələr;

- Qədim xəzər dilinin törəmələri: Karaim dili. Bulqar dili. Avar dili. Çuvaş dili;

- Xəzərlərin etnik dili. Azərbaycan xalqının etnik təşəkkülündə xəzər türklərinin rolu;

- Çuvaş, avar və s. türk dillərində Xəzər dilinin ortaq qalıqları;

- Xəzər dilinin damğaları (əlifbası);

- Xəzər dilində mövcud mətnlər. Xəzər mətnlərinin Orxon-Yenisey mətnləri ilə ümumi cəhətləri;

- Xəzər dilində “məktub” mətnlər;

- “Xəzər” etnonimi. Xəzər adının Qafqaz toponimlərinin formalaşmasında izləri;

- Xəzərlər Gürcü mənbələrində və toponimlərində;

-Xəzərlərə məxsus tayfa adları və bu adlar əsasında yaranmış etnotoponimlər;

- Xəzər dilinin leksikası;

- “Xəzər” etnonimi türk folklorunda.

Mövzular üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Məqalə müəlliflərinin nəzərinə:

Mətnin həcmi 5 səhifədən artıq olmamalıdır. Məqalələr A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ilə A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə yazılmalıdır.

Ədəbiyyat siyahısı əlifba üzrə sıralanmalıdır. İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [ ] göstərilərək yazılmalıdır.

Konfransda iştirak etmək üçün məqalələr 15.11.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərilməlidir.

Xəbər lenti