Logo

BDU aliminin həmmüəllif olduğu məqalədə Avropada hepatit virusları haqqında məlumat verilib

12.10.2023 16:38 360 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Avropada Hepatit B və C: 2019-dan bəri xəstəliklərin qlobal səviyyəsinin araşdırılması” (Hepatitis B and C in Europe: an update from the Global Burden of Disease Study 2019) adlı məqalədə Avropada hepatit B virusu (HBV) və hepatit C virusunun (HCV) yayılması, onların 2010-cu ildən 2019-cu ilə qədər dəyişməsi haqqında ümumi məlumat verilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 50.0) “The Lancet Public Health” jurnalında dərc olunub.

Qeyd edək ki, 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilə qədər viral hepatitlərin aradan qaldırılması üçün qətnamə qəbul edib.

Xəbər lenti