Təhsilin İnkişafı Fondu “NEQSOL HOLDING” ilə əməkdaşlığı çərçivəsində ölkəmizin ali təhsil müəssisələrində bakalavr təhsili alan tələbə qızlar üçün təqaüd proqramı elan edir.
Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində tələbələr aylıq təqaüd almaqla yanaşı, təhsil aldıqları sahələr üzrə təcrübə keçmək şansı əldə edəcəklər.
Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır.
Seçimlərdə üstünlük akademik göstəriciləri yüksək olan namizədlərə veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız 1 il ərzində aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.
Təqaüd proqramı haqda daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.