Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən formal təhsilə çıxış imkanı olmayan vətəndaşların əməliyyatçı mühasib peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra dövlət nümunəli sənəd təqdim edilib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova ölkəmiz üçün qeyri-formal təhsilin əhəmiyyəti, görülən işlər və işəgötürmə prosesindən danışaraq imtahanlardan uğurla keçən namizədləri təbrik edib. Şöbə müdiri Agentlik tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan danışıb.
Bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modullar üzrə sertifikatlar təqdim olunub.