Dövlət İmtahan Mərkəzinin (DİM) Beynəlxalq əməkdaşlıq şöbəsində şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edilib.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, bu vəzifə üzrə namizədlər iqtisadiyyat və idarəetmə, humanitar və sosial, təhsil ixtisasları qrupları üzrə ali təhsilli olmalı və vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajına malik olmalıdırlar.
Kompüter və xarici dil biliklərinə dair tələblər, eləcə də vəzifə ilə bağlı qulluq funksiyaları DİM-in saytında yerləşdirilib.