Logo

Elxan Nəcəfov təhsil naziri təyin olunur? - EKSKLÜZİV

13.10.2023 13:26 2438 baxış
IMG

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasına təhsil naziri təyin olunacaq.

Tehsil.biz bu barədə etibarlı mənbələrdən məlumat əldə edib.

Məlumata görə, E.Nəcəfovun nazir vəzifəsinə təyinatı yaxın günlərdə gerçəkləşəcək.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bir müddət öncə vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq Sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.

Kənan Nağıbəyli

Xəbər lenti