17 oktyabr, saat 13:00-da Xalq şairi Ramiz Rövşənlə gənclər təşkilatlarının görüşü baş tutacaq.
Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq görüş zamanı şair ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini iştirakçılarla bölüşəcək.
Görüşdə iştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.