Oktyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsində SOCAR-ın nümayəndələri ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə SOCAR Baş ofisinin Mexanika şöbəsinin rəisi Rasim Əliyev və Texniki əməliyatlar departamendinin rəis müavini Hidayət Heydərov, Azneft İstehsalat Birliyinin Mexaniki avadanlıq və qurğulara texniki xidmət şöbəsinin rəis müavini Elnur Bayramov, “28 May” Neft-qaz çıxarma idarəsindən TƏİX-nin rəisi Adil Məmmədov, ADNSU-nun Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov və Lazer mərkəzinin rəhbəri PhD Xudaverdi Kərimov iştirak ediblər.
Görüş zamanı texnologiyaların transferi, SOCAR gənc mütəxəssislərinin ADNSU-nun doktoranturasında təhsil alma imkanları və digər qarsılıqlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar ADNSU-nun Lazer mərkəzində olublar.
Onlar neft-mədən avadanlıqlarının sıradan çıxan hissə və düyünlərinin lazer texnologiyasının tətbiqilə bərpası və təmiri imkanları ilə tanış olublar, bu istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

