Logo

AzTU-nun türkiyəli məzunu əcnəbi tələbələrə seminar keçib - FOTO

14.10.2023 22:00 378 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) kompüter mühəndisliyi ixtisasının 2005-ci il məzunu, “DBMaster İnformasiya Texnologiyaları” şirkətinin yaradıcısı Talip Hakan Öztürk əcnəbi tələbələrə seminar keçib.

Tehsil.biz xəbər verir ki, “Texnologiyaya uzanan yolun hekayəsi – verilənlər bazası administratorunun karyerası” mövzusunda təşkil olunan seminarda 100-ə yaxın əcnəbi tələbə iştirak edib. Talip Hakan Öztürk tələbələrə uğur hekayəsindən danışıb, təcrübələrini bölüşüb.

Həmçinin onun verilənlər bazası mövzusunda türk dilində yazdığı kitablar haqqında da tələbələrə məlumat verilib.

Sual-cavab formatında davam edən seminarda tələbələrə verilənlər bazası administratoru (DBA) olmaq üçün yol xəritəsi təqdim olunub.

Xəbər lenti