Logo

Beş yaşlı şagirdin qoluna qandal vuruldu

29.03.2021 09:07 734 baxış
IMG

ABŞ-da növbəti polis qalmaqalı baş verib.

 

Bu dəfə beş yaşlı uşağın qoluna qandal vurulub.

 

Tehsil.biz xarici mətbuata istinadla xəbər verir ki, hadisə bir il əvvəl baş versə də şok görüntülər yalnız indi ortaya çıxıb. Sözügedən video Merilend ştatındakı Monthomeri dairəsinin polis idarəsi tərəfindən ictimaiyyətə təqdim olunub. İbtidai məktəbdən polisə şagirdlərdən birinin binanı icazəsiz tərk etməsi barədə məlumat daxil olduğu bildirilir. Məktəbli saxlanılaraq təhsil müəssisəsinə aparılıb. Amma özünə qarşı kobud rəftar görən uşaq qışqırmağa başlayıb. Polislər onu sakitləşdirmək üçün qoluna qandal vurublar.

 

Bundan əlavə, polis sözügedən olayın şahidi olan anaya oğlunu döyməyi məsləhət görüb. İndi azyaşlının ailəsi pul təzminatı tələb edir. Ailənin vəkilləri uşağın müalicə kursu keçdiyini bildirir.

 

sfera.az

Xəbər lenti