Logo

DİM əməkdaşlarının könüllü tibbi sığortası üçün açıq tender elan edib

16.10.2023 14:03 270 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortası üçün açıq tender elan edib.

Tehsil.biz xəbər verir ki, tenderdə iştirak haqqı 350 manat təşkil edir.

İddiaçılar ilkin sənədləri noyabrın 3-ü, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə noyabrın 15-i, saat 17:00-a qədər DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 16-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Hazırda bu xidməti DİM-ə "Azərbaycan Sənaye Sığorta" ASC göstərir. Şirkət bunun üçün 190 min manat sığorta haqqı alıb.

Xəbər lenti