Logo

ADU-nun professoru Mərakeşdə işgüzar səfərdə olub

16.10.2023 19:48 334 baxış
IMG

11-12 oktyabr tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU)  rektorunun Multikulturalizm məsələləri üzrə müşaviri, professoru  Qaley Allahverdiyev Mərakeş krallığında işgüzar səfərdə olub.

Tehsil.biz xəbər verir ki, səfər zamanı o, Mərakeş krallığının paytaxtı Rabat şəhərində keçirilən İslam alimlərinin "Əl-Fərabi və onun insanlıq tarixinə verdiyi töhfələr" adlı I Beynəlxalq konfransda "Fərabi irsi və Azərbaycan" adlı mövzuda çıxış edib.

 Professor Qaley Allahverdiyev2 səfər çərçivəsində, həmçinin V Məhəmməd adına Rabat Universitetinin Elmi tədqiqatlar və əməkdaşlıq məsələləri üzrə prorektoru İsmail Kassau ilə görüşüb. Görüşdə universitetin nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı məsələlər müzakizə edilib.

Xəbər lenti